Ölkə futbolu
Essyenin komanda yoldaşları
"Səbail"in ulduz futbolçusu Maykl Essyenin dəvətli…
"Səbail"in ulduz futbolçusu Maykl Essyenin dəvətli olduğu xeyriyyə matçının iştirakçıları açıqlanıb. Afrika ilə Nigeriyanın veteranları arasında keçiriləcək oyun mayın 18-də baş tutacaq.
Afrikalı ulduzlar arasında Essyenlə yanaşı, Ceremi Ncitap, Herita İllunqa, Kristian Karambö, Aaron Mokoena, Riçard Kinqston, Didye Zokora, Mamadu Sissoko və El-Haci Diuf da olacaq. Həmçinin Samuel Eto, Diomonsi Kamara, Xalilu Fadiqa, Abdul Kader Keyta, Ceyms Debba və Tiene Siakanın da iştirakı gözlənilir. Bundan başqa Tresor Lomana Lua Lua ilə Abubakar Titi Kamara da sifariş olunub. Hazırda Liberiya prezidenti olan "Milan"ın əfsanəvi futbolçusu Corc Veanın da oyuna yollanması gözlənilir. Ümumilikdə Afrika yığmasının heyətində 18 nəfərin yer alması planlaşdırılır.
Akunvunmi ştatının qubernatorunun şərəfinə həsr olunan qarşılaşmada Nigeriyanın heyətində 20 veteran futbolçu olacaq. Oyundan əldə ediləcək gəlirin bir hissəsi Nigeriyada məktəblilərin təhsil tələbatlarına xərclənəcək.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”