Premyer-liqa
Elşad Əhmədov: “Çaş-baş qaldıq, biabırçılıqdı”
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Premyer…
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın 26-cı turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında əvvəlcə bunları söyləyib:
– Oyunun baxımlı alındığını deməzdim. Ancaq mübarizə ilə bol oyun alındı. İkinci hissədə qol vurduqdan sonra uşaqlar arxaya çəkildilər. Pis oynadıq. Qolun olub-olmadığını bilmirəm. Biabırçılıq idi. Səhvlər olur başa düşürəm, ancaq bu, başa düşüləsi deyil.
– Hakim qərəzinin qurbanı olduz?
– Çaş-baş qaldıq. Qol olmayan bir şey, necə sayılır? Biz danışmayaq-danışmayaq deyirik, ancaq uşaqların da əziyyəti var axı.
– Cavid İmamverdiyevin əvəzlənməsinə səbəb nə idi?
– Zədələndiyinə görə əvəzlədik. (komanda.az)
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”