Ölkə futbolu
“Dördüncülük bizim üçün uğursuz olacaq”
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azə…
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, bölgə klubunun çalışdırıcısı 1:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
– Hər iki komanda üçün vacib oyun idi. Dörd gündən bir oynamaq komanda üçün çətindi. Psixoloji olaraq komandada yorğunluq var idi, buna baxmayaraq, ikinci hissədə bizim daha çox şansımız oldu. İkinci hissəyə nəzərən deyə bilərik ki, məğlub olacağımız oyun deyildi. Bundan sonra kuboka köklənməliyik.
– Üçüncü pillənin əldə getdiyini deyə bilərik?
– Çempionatda iki oyun qalıb. Bundan sonra bu oyunlara hazırlaşmalıyıq.
– Qalan iki oyuna komandanı kökləmək çətin olmayacaq?
– Paltardəyişmə otağında da bu barədə danışdıq. Uşaqlara kökləmək çətin olacaq, amma "Qarabağ"la oyuna köklənməylik.
– Mövsümü dördüncü pillədə bitirmək sizin üçün uğur, yoxsa uğursuzluq hesab olunacaq?
– Təbii ki, bu, bizim üçün uğursuzluq olacaq. Həm mənim üçün, həm komanda üçün bu, uğursuzluqdu. (komanda.az)
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”