Dünya futbolu
“Borussiya”ya “Şalke” zərbəsi
Futbol üzrə Almaniya Bundesliqasında 31-ci turun oyunları ke&c…
Futbol üzrə Almaniya Bundesliqasında 31-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, şənbə günü altı görüş baş tutub.
Dortmund “Borussiya”sı “Şalke” ilə qarşılaşıb. Altı qolun qeydə alındığı derbidə Dortmund təmsilçisi gözlənilməz məğlubiyyətlə üzləşib. “Fortuna” “Verder”i, “Leyptsiq” “Frayburq”u, “Hannover” “Maynts”ı, “Ştutqart” Münhenqladbax “Borussiya”sını məğlub yola salıb. “Ayntraxt” – “Herta” matçında isə hesab açılmayıb.
Almaniya Bundesliqası
31-ci tur
26 aprel
Auqsburq – Bayer 1:4
Qol: Danso, 12 – Volland, 15. Haverts, 48. Ta, 60. Brandt, 88.
27 aprel
Borussiya (Dortmund) – Şalke 2:4
Qol: Qotse, 14. Vitsel, 84 – Kaliqiuri, 18; 62. Sane, 28. Embolo, 86.
Fortuna – Verder 4:1
Qol: Raman, 1. K.Karaman, 23. Henninqs, 56. Suttner, 73 – M.Kruse, 28-pen.
Ayntraxt – Herta 0:0
Hannover – Maynts 1:0
Qol: Veydandt, 66.
Leyptsiq – Frayburq 2:1
Qol: Verner, 19. Forsberq, 78-pen – Qrifo, 66.
Ştutqart – Borussiya (Münhenqladbax) 1:0
Qol: Donis, 56.
28 aprel
17:30 Hoffenhaym – Volfsburq
20:00 Nürnberq – Bavariya