Dünya futbolu
Baş məşqçisi Şeydayevi müdafiə etdi: “Onun günahı yox idi”
Futbol üzrə Azərbaycan milli komandasının hücumçu…
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin Rusiya Premyer Liqasının son turunda qırmızı vərəqə alması müzakirə mövzusu olub.
Futbolinfo.az xəbər verir ki, “Zenit”lə qarşılaşmadan sonra “Krılya Sovetov”un baş məşqçisi Miodraq Bojoviç oyunçusunu müdafiə edib.
Serbiyalı mütəxəssis sözügedən epizodda millimizin hücumçusunun günahı olmadığını bildirib: “İlk sarı vərəqə epizodunda Ramil yox, hakim emosiyalarını cilovlaya bilmədi. Futbolçuma haqq qazandırmıram. Niyə də bunu etməliyəm? Sadəcə, davanı digər oyunçu başlatdı. Şeydayev heç nə etməmişdi”.
Qeyd edək ki, “Zenit”lə oyunun 40-cı dəqiqəsində məhsuldar ötürmə ilə yadda qalan Ramil ikinci hissənin əvvəlində sarı vərəqə görüb. 78-ci dəqiqədə isə ikinci “sarı”dan qırmızı vərəqə görərək, komandasını azlıqda qoyub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq