Ölkə futbolu
AFFA iki klubu Region Liqasından qovdu – RƏSMİ
Region Liqasının 2-ci pley off mərhələsinin cavab oyunu olan &ldq…
Region Liqasının 2-ci pley off mərhələsinin cavab oyunu olan “Füzuli” – “FC Baku” matçından sonra “Füzuli” klubu AFFA-ya rəsmi müraciət ünvanlayıb.
Futbolinfo.az xəbər verir ki, müraciətə əsasən, Region Liqasının İşçi Qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası tərəfindən araşdırma aparılıb və araşdırma üçün təqdim olunmuş faktlar nəzərə alınmaqla, araşdırmanın ilkin nəticəsi olaraq “Füzuli” və “FC Baku” klubları cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılıb.
Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, “Füzuli” və “FC Baku” klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqqında araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləcək.
Qeyd edək ki, “Füzuli” və “FC Baku” komandalarının turnirdən kənarlaşdırılmasından sonra "Uğur" komandasının finaldakı rəqibi də bəlli olub. Sumqayıt təmsilçisi həlledici görüşdə "Şahdağ"la üz-üzə gələcək. Qusar təmsilçisi yarımfinalda “FC Baku“ ilə üz-üzə gəlməli idi.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq