Dünya futbolu
Şeydayevlə Səmədova yeni təklif
"Krılya Sovetov" Azərbaycan millisinin hücumçu…
"Krılya Sovetov" Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevə yeni müqavilə təklif edəcək. Bu barədə sovsport.ru saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, rəhbərlik 3 futbolçuya yeni müqavilə təklif etmək qərarına gəlib. Bunlardan biri Şeydayevdisə, digərləri Maksim Kanunnikov və əslən azərbaycanlı yarımmüdafiəçi Aleksandr Səmədovdu.
Samara klubunun nümayəndəsi Aleksandr Şikunov da yerli mətbuata açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, bu məsələlərə mövsümün sonunda baxacaqlarını söyləyib: "Çünki hazırda bütün diqqətimizi Premyer Liqaya yönəltmişik. Məqsədimiz elitada qalmaqdı. Mayın sonundan etibarən isə futbolçularla yeni müqavilə məsələsinin müzakirəsinə başlayacağıq".
Qeyd edək ki, həm Ramil Şeydayevin, həm də Aleksandr Səmədovun hazırkı müqavilə müddəti cari mövsümün sonuna qədərdi.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq