Ölkə futbolu
U-11 Liqasında çempion müəyyənləşdi
AFFA-nın təşkil etdiyi U-11 Liqasının 2018/19-cu il mövs&uum…
AFFA-nın təşkil etdiyi U-11 Liqasının 2018/19-cu il mövsümünə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, “ASCO Arena”da keçirilən final oyununda “Sabah” komandasını 1:0 hesabı ilə məğlub edən “Keşlə” 2018/19 mövsümünün qalibi olub. Mövsümü 3-cü pillədə başa vuran “Zirə” bürünc medallara sahib olub.
Final qarşılaşmasından sonra mövsümü ilk üç pillədə tamamlayan komandalara diplom və medallar təqdim olunub. Mükafatları AFFA-nın Məşqçilər Komitəsinin üzvü, futbol veteranı Yaşar Vahabzadə, Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev təqdim edib.
“Feyr pley” mükafatı “Sabah”ın üzvü İslam Həsənova təqdim olunub. Ən yaxşı qapıçı Elbrus Kərimov (“Keşlə”), ən yaxşı oyunçu adına isə Tariyel Farzalı (“Sabah”) layiq görülüb. “Neftçi”nin üzvü Vüsal Kərimov 87 qolla mövsümün ən məhsuldar oyunçu olub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı