Ölkə kuboku
Ayxan Abbasov: “Bu fikrə heç vaxt inanmamışam”
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərb…
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinal çərçivəsində “Zirə”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 3:3 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
– Bilirdik ki, bu il Sumqayıt şəhərimizin 70 illiyidi. Finala çıxmaq, şəhər adına gözəl nailiyyətdi. Uşaqlar bunu bacardı. Mövsümün əvvəlində desəydilər ki, mövsümün sonunda "Sumqayıt"la finalda olacaqsız, inanmazdım. Həyat süprizlərlə doludu. İlk oyunda bərabərə qalmışdıq, qol vurmalıydıq. Dünən Peyman Babayi məşqdə ağır zədələndi. Həkimlər müayinədən sonra oynaya biləcəyini dedi. Hər şeydə bir xeyir var. Bu gün gənc və yerli futbolçular onlara inanmaq lazım olduğunun siqnalını verdilər. Bura gələndə çətin olacağını bilirdim. Ancaq yoxlamaq istədim. Və gördüm ki, yaxşı kollektiv yaratmaq olur. Finalda da yaxşı mübarizə aparacağıq.
– Bu gün risk etdiz. "Neftçi"ni məğlub etdiyiniz heyətlə bu heyət fərqli idi. Uduzsaydınız, tənqid olunacaqdız…
– Əvvəlcədən oyunlar üçün heyətləri qururuq. Kubok oyununa görə bəzi futbolçulara istirahət vermişdik. Udan heyəti dəyişməmək kimi bir fikrə heç vaxt inanmamışam.
– Avrokuboklara vəsiqə qazansaz, legionerlər cəlb olunacaqmı?
– Final lotoreyadır. Çalışacam ki, avrokuboklar haqda danışmayam. Qarşıda çətin oyunlarımız var. Yaydan sonra rəhbərliklə fikir mübadiləsi olacaq. Növbəti mövsüm üçün hədəflərimizdən danışacağıq.
– Belə bir uğuru Zirədə qazanmaq, sizin üçün xüsusi bir hiss yaradırmı?
– Bura mənim üçün doğmadı. Ancaq indi "Sumqayıt"dayam. Bu komandada uğur qazanmaq istəyirəm.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…