Dünya futbolu
“Real”dan 1,6 milyardlıq razılaşma
İspaniyanın “Real” klubu “Adidas” şirkəti …
İspaniyanın “Real” klubu “Adidas” şirkəti ilə yeni müqavilə bağlayıb.
Futbolinfo.az xəbər verir ki, “kral klubu” şirkətlə müddəti 2028-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmasa da, “Real”ın bu razılaşmadan 1,6 milyard avro gəlir əldə edəcəyi gözlənilir.
“Adidas” “Real”ın ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionunda mağaza açacaq. Bu, dünyanın ən böyük idman mağazası olacaq.
“Real” “Adidas”la 1998-ci ildən əməkdaşlıq edir.