Dünya futbolu
“Qalatasaray” səfərdə, “Fənərbaxça” evdə qələbə qazandı
Futbol üzrə Türkiyə Super Liqasında 32-ci turun oyunları…
Futbol üzrə Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, şənbə günü üç oyun baş tutub.
Lider “Qalatasaray” “Rizəspor” səfərinə yollanıb. Beş qolun qeydə alındığı matç qonaqların çətin qələbəsiylə yekunlaşıb.
“Fənərbaxça” isə “Akhisarspor”la ev oyunundan qələbə ilə ayrılıb. Altı qolun qeydə alındığı “Göztəpə” – “Sivasspor” matçında isə qalib müəyyənləşməyib.
Türkiyə Super Liqası
32-ci tur
10 may
Antalyaspor – Bursaspor 0:1
Qol: Şedju, 16.
11 may
Rizəspor – Qalatasaray 2:3
Qol: Muriqi, 45. Umar, 76 – Fequli, 9. Diane, 90+1-pen; 90+8.
Fənərbaxça – Akhisarspor 2:1
Qol: Soldado, 28. Dirar, 30 – H.Barbosa, 45.
Göztəpə – Sivasspor 3:3
Qol: D.Kadah, 10. Jerom, 54. Nqando, 82 – E.Kılınç, 8. B.Emir, 33-öz qapısına. M.Demir, 80.
12 may
17:00 Kayserispor – Kasımpaşa
17:00 Konyaspor – Trabzonspor
20:00 Başakşəhər – Ankaragücü
20:00 Yeni Malatyaspor – Ərzurumspor
13 may
21:00 Beşiktaş – Alanyaspor