Dünya futbolu
“Bavariya”da növbəti ayrılıq – RƏSMİ
“Bavariya”nın futbolçusu Rafinya mövsüm&…
“Bavariya”nın futbolçusu Rafinya mövsümün sonunda Münhen təmsilçisindən ayrılacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə 33 yaşlı müdafiəçi klubun saytına açıqlamasında deyib. O, mövsümün sonunda “Bavariya”dan ayrılacağını bildirilib.
2011-ci ildən Bundesliqa klubunda forma geyinən Rafinyanın hazırkı müqaviləsi mövsümün sonunda bitir.
“Bavariya”da bir müddət əvvəl Aryen Robben və Frank Riberinin də mövsümün sonunda klubdan ayrılacağı açıqlanmışdı.