Dünya futbolu
Rumıniya klubu "Keşlə"nin sabiq futbolçusunu qovur
Azərbaycanda bir müddət çıxış etmiş Sezar Meza Kolli…
Azərbaycanda bir müddət çıxış etmiş Sezar Meza Kollinin Rumıniya çempionatında işləri qaydasında getmir.
Futbolinfo.az xəbər verir ki, 27 yaşlı hücumameyilli futbolçu "Universitetya" klubunda daimi heyət üzvü deyil. Krayova təmsilçisinin Korneliu Papure paraqvaylı oyunçu ilə kabo-verdeli yarımmüdafiəçi Nunu Roşanı əvəzedici komandaya göndərib. Nəşrin məlumatına görə, klub hər iki futbolçunun sözləşməsinə xitam verməyə çalışır.
Meza Kolli 2018-ci ilin yayında Azərbaycan təmsilçisi "Keşlə"dən transfer edilib və 3 illik müqavilə imzalanıb. Daha çox zədələrlər mübarizə aparan paraqvaylı futbolçu gözləntilərin altında qalıb.
Sezar Meza Kolli 2013-2016-cı illərdə "İnter" ("Keşlə"), 2016-2017-ci illərdə isə "Zirə"də çıxış edib. 2018-ci ilin yanvarında "Keşlə"yə transfer olan futbolçu Azərbaycan kubokunun qalibi olub və yayda klubu tərk edib. (Futbol11)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq