Dünya futbolu
Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir
İngiltərənin "Arsenal" klubunun azarkeşləri Bakıda ke&…
İngiltərənin "Arsenal" klubunun azarkeşləri Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçında qapıçı Petr Çexin oynamamasını tələb edirlər.
Futbolinfo.az xəbər verir ki, səbəb 37 yaşlı qolkiperin cari mövsüm karyerasını başa vurandan sonra digər finalçı "Çelsi"yə qayıtmasıdır.
Fanatlar çexiyalı oyunçunun əvəzinə həlledici matçda almaniyalı Bernd Lenoya şans verilməsini istəyirlər.
Qeyd edək ki, İngiltərə mətbuatı Petr Çexin "Çelsi"nin idman direktoru olacağını yazıb. 2015-ci ildən "topçular"ın formasını geyinən təcrübəli oyunçu 2004 – 2015-ci illərdə "Çelsi"nin şərəfini qoruyub. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi