Dünya futbolu
Hollandiyalı futbolçu rəsmən “Barselona”da!
“Barselona” heyətini yeni futbolçuyla güclən…
“Barselona” heyətini yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi “Qroningen”dən Ludovit Reysi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçiylə 3 illik müqavilə imzalanıb.
“Barselona” Reys üçün “Qroningen”ə 3,25 milyon avro ödəyib. Hollandiyalı futbolçunun sərbəst qalma məbləği isə 100 milyon avro olaraq müəyyənləşdirilib.