Dünya futbolu
Super Liqada mövsümə yekun vuruldu
Futbol üzrə Türkiyə Super Liqasında mövsümə ye…
Futbol üzrə Türkiyə Super Liqasında mövsümə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, 34-cü turun sonuncu oyun günündə 4 görüş baş tutub.
Cari mövsümdə uğursuz çıxış edən “Fənərbaxça” doğma azarkeşləri qarşısında “Antalyaspor”u sınağa çəkib və inamlı qələbəyə sevinib. “Göztəpə” “Ankaragücü”nü məğlub yola salıb. “Kayserispor” evdə “Ərzurumspor”a, “Yeni Malatyaspor” isə “Bursapor”a məğlub olub.
Mövsümün yekunlarına görə, çempion “Qalatasaray”la “Başakşəhər” növbəti mövsümdə Türkiyəni Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. “Beşiktaş”, “Trabzonspor” və “Yeni Malatyaspor” isə Avropa Liqasında mübarizə aparacaq. Son üç pillədə qərarlaşan “Bursaspor”, “Ərzurumspor” və “Akhisarspor” isə elitanı tərk etmək məcburiyyətində qalıb.
Türkiyə Super Liqası
34-cü tur
24 may
Başakşəhər – Alanyaspor 1:1
Qol: U.Ceylan, 6 – J.Fernandes, 16.
Beşiktaş – Kasımpaşa 3:2
Qol: G.Yalçın, 10; 44; 45 – Hayradinoviç, 13. Koyta, 67.
Rizəspor – Trabzonspor 2:3
Qol: Boldrin, 16. Muriqi, 65 – Rodalleqa, 20. Melnyak, 24-öz qapısına. A.Omur, 43.
Sivasspor – Qalatasaray 4:3
Qol: Rıbalka, 43; 77. H.Arslan, 45. Kone, 79 – Linnes, 2. M.Çelik, 34; 82.
25 may
Konyaspor – Akhisarspor 0:0
26 may
Fənərbaxça – Antalyaspor 3:1
Qol: Zayç, 13. Elmas, 69. Mozes, 90 – M.Erdinc, 33.
Göztəpə – Ankaragücü 2:1
Qol: A.Öztürk, 14. D.Kadah, 84-pen – M.Pazdan, 74.
Kayserispor – Ərzurumspor 0:2
Qol: T.Antalyalı, 12. G.Sunu, 43.
Yeni Malatyaspor – Bursaspor 1:2
Qol: A.Kamara, 61 – Şebake, 4-öz qapısına. U.Nayir, 20.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO