Dünya futbolu
A Seriyasında mövsümə yekun vuruldu
Futbol üzrə İtaliya A Seriyasında mövsümə yekun vur…
Futbol üzrə İtaliya A Seriyasında mövsümə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu – 38-ci turun son oyun günündə 8 qarşılaşma baş tutub.
Çempion “Yuventus” “Sampdoriya” ilə səfər oyununda məğlubiyyətlə üzləşib. “Milan” SPAL səfərində çətin qələbəyə sevinib. “İnter” öz meydanında “Empoli”ni, “Atalanta” “Sassuolo”nu, “Roma” “Parma”nı məğlub edib.
Mövsümün yekunlarına görə, çempion “Yuventus”la yanaşı, “Napoli”, “Atalanta” və “İnter” İtaliyanı UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. “Milan”, “Roma”, eləcə də İtaliya kubokunun qalibi olan “Latsio” Avropa Liqasında mübarizə aparacaq. Son üç pillədə qərarlaşan “Empoli”, “Frozinone” və “Kyevo” isə elita ilə vidalaşmaq məcburiyyətində qalıb.
İtaliya A Seriyası
38-ci tur
25 may
Frozinone – Kyevo 0:0
Bolonya – Napoli 3:2
Qol: F.Santander, 43; 88. Dzemaili, 45 – Qulam, 57. Mertens, 77.
26 may
Torino – Latsio 3:1
Qol: Falke, 51. Lukiç, 53. De Silvestri, 80 – İmmobile, 66.
Sampdoriya – Yuventus 2:0
Qol: Defrel, 84. Kaprari, 90.
Roma – Parma 2:1
Qol: Pelleqrini, 35. Perotti, 89 – Jervinyo, 86.
Atalanta – Sassuolo 3:1
Qol: Sapata, 35. P.Qomes, 53. Paşaliç, 65 – Berardi, 19.
Kalyari – Udineze 1:2
Qol: Pavoletti, 17 – Halfredsson, 59. De Mayo 69.
Fiorentina – Cenoa 0:0
İnter – Empoli 2:1
Qol: Balde, 51. Naynqqolan, 81 – Traore, 76.
SPAL – Milan 2:3
Qol: Vikari, 28. Fares, 53 – H.Çalhanoğlu, 18. Kessye, 23; 66-pen.