Dünya futbolu
Fransa klubu Silvinyo və Juninyonun təyinatını rəsmən açıqladı
Fransanın “Olimpik” (Lion) klubunun yeni baş məşq&cced…
Fransanın “Olimpik” (Lion) klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi, gözlənildiyi kimi, Silvinyoya tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müqavilənin detalları barədə məlumat verilməyib. Braziliyalı mütəxəssis bu postda Bruno Jenezionu əvəzləyib.
Silvinyo daha öncə Braziliya millisində, İtaliyanın "İnter", Braziliyanın “Kruzeyro”, “Sport Resife”, “Nautiko” və “Korintians” klublarında baş məşqçinin köməkçisi kimi çalışıb. Bu ildən isə o, Braziliyanın U-23 millisində baş məşqçi işləyirdi.
Lion təmsilçisi Silvinyo ilə eyni vaxtda sabiq futbolçusu Juninyonun da kluba qayıdışını elan edib. “Olimpik”in əfsanələrindən hesab olunan Pernambukanu sabiq klubunda idman direktoru vəzifəsində çalışacaq.