Premyer-liqa
Milinko Pantiç: “Bakı”nın ən yaxşısı Elxan Əhmədov oldu
“Bakı”nın baş məşqçisi Milinko Pantiç T…
“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 12-ci turunun “Simurq”la oyunundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, serbiyalı mütəxəssis komandasının 3:2 hesablı qələbəsini belə şərh edib:
“Çox çətin və emosional oyun oldu. Hesabı açsaq da, qol buraxıb fasiləyə bərabərliklə yollandıq. Amma ikinci yarıda yetirmələrim qarşılaşmanı öz xeyrimizə dəyişə bildi. Ardıcıl iki heç-heçədən sonra bu qələbə hava, su kimi lazım idi. Biz məşqçi işi görünən, yaxşı təşkil olunmuş komandaya qarşı döyüşdük. Bu gün Rauf Əliyev, Əfran İsmayılov bir daha əsas heyətdə oynamağa layiq olduğunu isbatladı. Komandam bu qələbədən sonra yüksək əhval-ruhiyyə ilə “Neftçi” ilə oyuna hazırlaşacaq.
Bu gün “Bakı”nın ən yaxşısı Elxan Əhmədov oldu. Çünki o verilən bütün tapşırıqları layiqincə yerinə yetirdi. Səhv etməsi normaldı. Azərbaycan gələcəkdə ondan istifadə edə bilər. Neyləyim, Elxanı atım əvəzedici heyətə, onda nə olacaq? Görüşdən öncə klub prezidenti Hafiz Məmmədovla söhbət edərkən hakimlər haqda danışmayacağımı bildirdim. Odu ki, bu haqda mənə sual verməyin”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…