Premyer-liqa
Georgi Çixradze: Allah hakimin canını sağ eləsin, yüz il yaşasın
“Simurq”un baş məşqçisi Georgi Çixradze T…
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 12-ci turunun “Bakı” ilə oyununu şərh edib. Futbolinfo.az xəbər verir ki, o, komandasının 2:3 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:
“Çoxsaylı hücumların şahidi olduq. Top uğrunda gərgin mübarizə getdi. Heç nədən, adi səhvlərdən qapımızda iki qol gördük. Fikrimcə, bu oyunda 1 xal qazanmalı idik. Hakimlik barədə nə deyə bilərəm? Allah canını sağ eləsin, yüz il yaşasın”.