Dünya futbolu
Əliyevin komandasından elitada qalmaq yolunda vacib qələbə
Futbol üzrə Rusiya Premyer Liqasında mövsümü 16 …
Futbol üzrə Rusiya Premyer Liqasında mövsümü 16 komanda arasında 14-cü pillədə başa vuran “Ufa” klubu bu gün elitada qalmaq uğrunda ilk pley-off matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi sözügedən komanda doğma meydanda 1-ci liqanı 3-cü pillədə başa vurmuş “Tom”la üz-üzə gəlib.
Futbolçumuzun komandası bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0.
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Bu komandalar arasındakı cavab görüşü iyunun 2-də Tomsk şəhərində baş tutacaq. Qalib gələn növbəti mövsüm Premyer Liqada, məğlub tərəf isə 1-ci liqada mübarizə aparacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…