Ölkə futbolu
“Qarabağ” Geryeyə əvəzedici axtarır
“Qarabağ” sol cinah müdafiəçisi axtarışın…
“Qarabağ” sol cinah müdafiəçisi axtarışına başlayıb. Haiti milli komandasının üzvü Vild-Donald Geryenin fantastic maaş istəməsi ağdamlıları alternativlər barədə düşünməyə sövq edib.
Müqaviləsi bitən Gerye "Qarabağ"ın təklif etdiyi müqavilə şərtləri ilə razılaşmayıb. O, maaşının artırılmasını təlb etsə də, klub bunu reallaşdırmaq niyyətində deyil. Tərəflər arasında bir neçə gün öncə danışıqlar baş tutub və futbolçu şərtləri qəbul etməyib. O, istədiyi məbləği kluba bildirib və hazırda cavab gözləyir.
Türkiyə klublarından, eyni zamanda “Neftçi”dən dəvət aldığı deyilən legioner yarım milyon dollar tələb edir. Bu isə ölkəmizdə heç bir klub üçün rahat veriləcək məbləğ deyil. “Neftçi” bu səbəbdən geri çəkilib, “Qarabağ” da onunla razılaşmayıb.
Türkiyənin "Alanyaspor" klubundan gəlmiş haitilinin yenidən bu ölkəyə dönmək ehtimalı var. “Qarabağ” isə sol cinahını tapşırmaq üçün başqa əcnəbilərlə danışıq aparır.