Dünya futbolu
La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə
İspaniyanın “Vilyarreal” klubu baş məşqçisi Xa…
İspaniyanın “Vilyarreal” klubu baş məşqçisi Xavyer Kalyexanın müqaviləsinin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, 41 yaşlı mütəxəssislə yeni – iki illik sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kalyexa 2019-cu ilin yanvarından “Vilyarreal”ı çalışdırırdı. Onun rəhbərlik etdiyi kollektiv bu mövsüm İspaniya La Liqasını 44 xalla 14-cü sırada bitirib.