Dünya futbolu
ÇL-in final matçı yarıda qaldı
Futbol üzrə Afrika Futbol Konfederasiyası (CAF) Çempionl…
Futbol üzrə Afrika Futbol Konfederasiyası (CAF) Çempionlar Liqasının qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, həlledici görüşdə Mərakeşin “Vidad” klubu ilə Tunisin “Esperans”ı qarşılaşıb.
Qarşılaşmanın 58-ci dəqiqəsində “Vidad”ın vurduğu qol, hakim tərəfindən sayılmayıb. Baş hakim Bakari Qassamanın VAR sisteminə müraciət etmədiyini görən “Vidad” klubunun futbolçuları meydanı tərk edib.
Qassama, oyunun 1,5 saatdan artıq dayanmasından sonra 58-ci dəqiqəyə qədər 1:0 hesabıyla öndə olan “Esperans”ı çempion elan edib.
Tunis təmsilçisi klub tarixində 4-cü dəfə CAF çempionu olub.