Dünya futbolu
Dünya futbolu şokda: Reyes avtomobil qəzasında öldü
Futbol üzrə İspaniya milli komandasının və Madrid “Rea…
Futbol üzrə İspaniya milli komandasının və Madrid “Real”ının sabiq üzvü Xose Antonio Reyes vəfat edib.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə “Sevilya” klubunun rəsmi “tvitter” hesabı məlumat yayıb.
Reyes son olaraq İspaniyanın “Estremadura” klubunda forma geyinirdi.
Reyes karyerası ərzində “Real”, “Sevilya”, “Arsenal”, “Atletiko”, “Benfika” kimi klublarda forma geyinib.
Reyes İspaniya millisində də 22 oyuna çıxıb.