Dünya futbolu
“Fənərbaxça”da ayrılıq
Türkiyənin “Fənərbaxça” klubu daha bir futb…
Türkiyənin “Fənərbaxça” klubu daha bir futbolçu ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, Roberto Soldado növbəti mövsümdə İstanbul klubunun heyətində olmayacaq.
Müqaviləsinin müddəti başa çatan ispaniyalı hücumçu "sarı-lacivərdlilər"lə vidalaşıb. Sosial şəbəkədəki hesabından vida mesajı paylaşan 34 yaşlı futbolçu azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, Soldado 2017-ci ilin yayından "Fənərbaxça"da çıxış edirdi.