Dünya futbolu
Şeydayevin komandası elitada qaldı
Futbol üzrə Rusiya Premyer Liqasında mövsümü 16 …
Futbol üzrə Rusiya Premyer Liqasında mövsümü 16 komanda arasında 13-cü pillədə başa vuran “Krılya Sovetov” klubu elitada qalmaq uğrunda cavab pley-off matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Samara klubu doğma meydanda 1-ci liqanı 4-cü pillədə başa vurmuş “Nijni Novqorod”la üz-üzə gəlib.
Futbolçumuzun komandası bu oyunda minimal hesabla məğlub olub – 0:1. Amma səfərdə 3:1 hesabıyla qalib gəlmiş “Krılya Sovetov” iki oyunun nəticəsinə əsasən rəqibini üstələyib və elitada qalıb.
Ramil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.