Dünya futbolu
“Kralların gecəsi”ndə 28 qolluq duel
İtaliya futbolunun ən önəmli simalarından biri Françes…
İtaliya futbolunun ən önəmli simalarından biri Françesko Totti və Portuqaliya futbolunun əfsanələrindən olan Luis Fiqunun kapitanı olduğu komandalar “Kralların gecəsi”ndə (“La Notte dei Re”) üz-üzə gəlib.
Futbolinfo.az xəbər verir ki, karyerası ərzində yalnız “Roma”nın formasını geyinmiş Tottinin komandası yoldaşlıq matçında aşağıdakı heyətlə mübarizə aparıb:
Tottinin komandası: Perutsi, Zambrotta, Kivu, Aldair, Kandela, Tommazi, Pirlo, Akvilani, Perrotta, Kassano, Totti.
Ehtiyat oyunçular: De Sanktis, Kassetti, David Pizarro, Borryello.
Madrid “Real”ı ilə yanaşı, “Barselona” və “İnter”in də şərəfini qorumuş portuqaliyalı veteran ulduzun rəhbərlik etdiyi kollektivdə aşağıdakı oyunçular yer alıblar:
Fiqunun komandası: Julio Sezar, Salqado, Materatsi, Yerro, Roberto Karlos, Mendieta, Kambyasso, Zedorf, Fiqu, Kluyvert, Pires.
Ehtiyat oyunçular: Vitor Baya, Deyan Stankoviç, Simao, Nuno Qomes.
“Roma”daki “Foto İtaliko” stadionunda baş tutan qarşılaşmada qapılara bütövlükdə 28 qol vurulub. Matç isə Fiqunun komandasının 17:11 hesablı qələbəsiylə yekunlaşıb.