Ölkə futbolu
Ürfan Abbasov “Səbail”də
“Səbail” tezliklə yeni transferini açıqlayacaq. …
“Səbail” tezliklə yeni transferini açıqlayacaq. Ölkəmizi Avropa Liqasında təmsil edəcək “dənizçilər” Ürfan Abbasovla anlaşıb.
“Qəbələ”nin kapitanlarından biri olan sol cinah müdafiəçisi ilə ikiillik müqavilə razılaşdırılıb. Ürfan bölgə klubuyla yollarını ayırıb və bu gün yeni komandasının formasında təqdim olunacaq.
Abbasov baş məşqçi Aftandil Hacıyevin istəyi ilə transfer edilib. Bu futbolçunun mərkəz müdafiəçisi kimi də oynamağı bacarması, eyni zamanda avrokubok təcrübəsinin olması əsas götürülüb.