Milli komanda
Marko Rossi: “Azərbaycanlılar buna öyrəşib”
AÇ-2020-nin seçmə mərhələsində növbəti oyunla…
AÇ-2020-nin seçmə mərhələsində növbəti oyunlarını Azərbaycan və Uelsə qarşı keçirəcək Macarıstan millisinin baş məşqçisi Marko Rossi qarşıdakı oyunlarla bağlı açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, Rossi, “nemzetisport”a açıqlamasında Azərbaycana səfərini yaddaqalan etmək istədiyini deyib:
“Bu iki oyundan istəyim 6 xal qazanmaqdır. Bunu bacaracağımızı deyə bilmərəm. Lakin söz verə bilərik ki, iki oyunda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Bakıya ilk səfərimi yaddaqalan etmək istəyirəm. Bununla birlikdə, vəziyyətimiz hava şəraiti, temperatur və yüksək nəmişliyə görə ağırlaşır. Azərbaycanlılar buna öyrəşib. Matçdan iki gün əvvəl yola çıxacağıq və uyğunlaşmaq üçün bir az daha çox vaxtımız olacaq.
Biz həm Azərbaycan, həm də Uelslə oyunlara yaxşı hazırlaşmışıq. İnanılmaz sürətdə olan komanda qalib gələcək”.
Macarıstan millisi AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla iyunun 8-də Bakıda, Uelslə iyunun 11-də Budapeştdə qarşılaşacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…