Dünya futbolu
Emil Balayev rəmzi komandada
Futbol üzrə Qazaxıstan Premyer Liqasında 13-cü turun rəm…
Futbol üzrə Qazaxıstan Premyer Liqasında 13-cü turun rəmzi komandası açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, “Tobol”un azərbaycanlı qapıçısı Emil Balayevin də adı ən yaxşı 11 futbolçu arasında yer alıb.
Ötən tur “Şaxtyor”la (Karaqanda) oyunda penaltini qaytaran, həmçinin 3 dəfə komandasını real qoldan xilas edən millimizin üzvü 100 faizlik göstərici ilə (313 xal) rəmzi komandaya düşüb.
Emil “Tobol”un “Şaxtyor”la görüşündə (2:0) start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Balayev 73-cü dəqiqədə komandasını real qoldan xilas edib. O, rəqib futbolçu Marat Şaxmetovun penalti zərbəsini dəf edib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…