Dünya futbolu
İsrafilovun komandası mövsümü məğlubiyyətlə bitirdi
Futbol üzrə İspaniya Sequndasında 2018/19 mövsüm&uum…
Futbol üzrə İspaniya Sequndasında 2018/19 mövsümünə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da sonuncu matçına çıxıb.
Sözügedən kollektiv 42-ci tur çərçivəsində səfərdə “Qranada” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:2.
İsrafilov bu görüşün iştirakçısı olmayıb. Buna səbəb hazırda onun zədədən əziyyət çəkməsidi.
“Alkorkon” mövsümü 52 xalla 22 iştirakçı arasında 14-cü pillədə başa vurub. İsrafilov isə geridə qalan mövsümdə 29 oyuna çıxıb, 1 qol vurub, 16 (!) dəfə sarı vərəqə ilə cəzalanıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq