Dünya futbolu
"Pis oynadıq, uduzduq"
"Pis oynadığımız üçün uduzduq. Bir neç…
"Pis oynadığımız üçün uduzduq. Bir neçə yaxşı hücum qura bilsək də, bu, xal qazanmaq üçün bizə kifayət etmədi" – bu sözləri millimizin hücumçusu Ramil Şeydayev Avro-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Zəif çıxış etdiklərini söyləyən futbolçu çox işləməli olduqlarını bildirib: "Gərək çox işləyək, çox məşq edək. O zaman hər şey yaxşı olacaq".
Ramil paltardəyişmə otağından gec çıxmalarının səbəbini də açıqlayıb: "Paltardəyişmə otağında heç nə baş verməmişdi. Sadəcə, baş məşqçi bizimlə danışırdı. İçəridə AFFA rəhbərliyindən kimsə yox idi".