Dünya futbolu
Daha bir millimiz darmadağın oldu
Milli komandalarımızın uğursuz çıxışı davam edir. Daha …
Milli komandalarımızın uğursuz çıxışı davam edir. Daha 2 komandamız son oyunlarında qələbəyə həsrət qalıb.
Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 2:2 hesablı heç-heçə başa çatıb. Yığmamızın heyətində Amin Qarayev və İxtiyar Məmiyev fərqlənib.
Bu komandalar arasındakı ilk oyunda meydan sahibləri 3:1 hesablı qələbəyə sevinmişdi.
Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanşında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması isə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Meydan sahibləri ilə sınaq təmsilçilərimizin darmadağını ilə bitib – 3:0.
u komandalar arasında növbəti oyun iyunun 15-də keçiriləcək.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”