Milli komanda
Millimiz FİFA reytinqində 110-cu pilləyə endi
FİFA milli komandaların növbəti reytinq cədvəlini aç?…
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Futbolinfo.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, son reytinq cədvəlinə görə 1202 xalı olan Azərbaycan millisi 14 xal itirərək, 110-cu sıraya geriləyib.
Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv son reytinqlə müqayisədə 2 pillə geriləyib. Buna səbəb, millinin AÇ-2020-nin seçmə mərhələsinin oyunlarında Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə məğlub olmasıdı.
Reytinq cədvəlinə 1746 xalla Belçika yığması başçılıq edir. Fransa (1718) ikinci, Braziliya (1681) isə üçüncü pillədədi.
Türkiyə millisi (1467) isə 2 pillə irəliləyərək 37-ci yeri tutub.
Bu ayın ən yaxşı göstəricisi 9 pillə irəliləyən Macarıstan (1442 xalla 42-ci), Ermənistan (1230 xalla 97-ci) və Malayziya (1009 xalla 159-cu) yığmalarına məxsusdu. Ən pis göstəriciyə isə 9 pillə geriləyən Yunanıstan imza atıb – 1403 xalla 52-ci yer.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq