Dünya futbolu
Super Liqa klubunda bir transfer, iki ayrılıq
Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbol&c…
Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi malili qapıçı Mamadu Samassanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fransanın “Trua” klubundan transfer olunan 29 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
Daha öncə Fransada “Genqam”ın da şərəfini qorumuş, hətta bu komanda ilə 2013/14 mövsümündə ölkə kubokunu qazanmış Samassa, geridə qalan mövsümdə “Trua”nın heyətində Liqa 2-də 37 oyuna çıxıb.
“Sivasspor” ötən gün həm də iki futbolçusu ilə rəsmən vidalaşıb. Klub saytının yaydığı məlumata görə, uruqvaylı qapıçı Serxio Roçet və rumıniyalı yarımmüdafiəçi Qabriel Torye ilə başa çatan müqavilələrin müddəti artırılmayıb. Roçet 2017-ci, Torye isə 2018-ci ilin avqust ayından Sivas klubunun uğurları üçün çalışırdı.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı