Ölkə futbolu
“Neftçi” və “Səbail”in Avroliqadakı rəqibləri bəlli oldu
Bu gün futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhə…
Bu gün futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, püşkatmada Azərbaycan təmsilçiləri – “Neftçi” və “Səbail”in də ilk rəqibləri bilinib.
Paytaxt klubları səpələnmişlər səbətində yer aldığından, nisbətən zəif komandalardan biri ilə üz-üzə gələcəkdi.
“Neftçi”nin rəqibi Moldovanın “Speranta” klubu olub. Püşkə əsasən, “ağ-qaralar” ilk oyunu evdə, cavab matçını səfərdə keçirməli olacaq.
“Səbail” isə Rumıniyanın “Universitatya Krayova” klubuna rəqib olub. Azərbaycan təmsilçisi ilk oyunu evdə, cavab matçını səfərdə keçirməlidi.
Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.
Avroliqadakı digər təmsilçimiz – Azərbaycan kubokunun qalibi “Qəbələ” isə mübarizəyə 2-ci mərhələdən başlayacaq. İkinci təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”