Dünya futbolu
Srna yenidən “Şaxtyor”da
“Şaxtyor”un keçmiş kapitanı Dario Srna yenidən …
“Şaxtyor”un keçmiş kapitanı Dario Srna yenidən Donetsk təmsilçisinə qayıdıb.
Futbolinfo.az xəbər verir ki, xorvatiyalı “Şaxtyor”da məşqçi kimi çalışacaq. Bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat yayıb. Srna “Şaxtyor”un yeni baş məşqçisi Luis Kastronun müəyyən etdiyi məşqçilər heyətində yer alacaq.
2003-2018-ci illər aralığında “Şaxtyor”da forma geyinən Srnanın son klubu “Kalyari” olub. 37 yaşlı sabiq müdafiəçi son mövsümdə İtaliya A Seriyasında 26 qarşılaşmada iştirak edib.
Srna 134 dəfə formasını geyindiyi Xorvatiya millisinin də kapitanı olub. O, 2016-cı ildə yığmadakı karyerasını bitirib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə