Dünya futbolu
FİFA-dan İrana qadınlarla bağlı tələb
FİFA prezidenti Canni İnfantino İranda qadınların futbol oyunlar?…
FİFA prezidenti Canni İnfantino İranda qadınların futbol oyunlarını canlı izləmək üçün stadionlara girişinə qadağa qoyulmasını sərt tənqid edib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ali futbol qurumunun lideri bununla bağlı sözügedən ölkə qarşısında konkret tələblər qoyub.
Bu barədə İnfantinonun İran Futbol Federasiyasının prezidenti Mehdi Taca yazdığı məktubda bildirilir:
“Təəssüf ki, İran 2018-ci ilin mart ayında ölkə prezidenti Həsən Ruhaninin söz verdiyi kimi, qadınların futbol oyunlarına getməsinə hələ də icazə vermir. Bununla əlaqədar İran Futbol Federasiyasından və dövlət məmurlarından xahiş edirəm ki, 15 iyula qədər bütün ölkə vətəndaşlarının futbol oyunlarını izləməsinə imkan verən qərarlar qəbul etsinlər. Bütün İran vətəndaşlarına və bu ölkədə yaşayan əcnəbilərə yığma komandanın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlarına izləməyə şərait yaradılmalıdı”.
Qeyd edək ki, İranda 1979-cu il inqilabından sonra qadınların kişi idmançılar arasında təşkil olunan yarışları canlı izləməsi dövlət səviyyəsində qadağan olunub.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə