Dünya futbolu
“Fənərbaxça”da ayrılıq
Türkiyənin “Fənərbaxça” klubu Mehmet Topall…
Türkiyənin “Fənərbaxça” klubu Mehmet Topalla yolları ayırıb.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.
Məlumatda 2012-ci ildən bu klubun uğurları üçün çalışan futbolçuya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Türkiyə yığmasında 80-dən çox oyun keçirmiş Mehmet Topal, “Dardanelspor”un yetirməsidi. O, 2006-cı ildə bu klubdan “Qalatasaray”a transfer olunub. 2010-cu ildə isə “Qalatasaray” onu İspaniyanın “Valensiya” klubuna satıb. İki mövsümlük İspaniya karyerasından sonra o, 2012-ci ildə “Fənərbaxça”ya qayıtmışdı.