Dünya futbolu
Misir və Nigeriya 1/8 finalda!
Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-…
Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turuna start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
A qrupunun lideri Misir millisi Konqonu 2 cavabsız qolla məğlub edib və növbəti mərhələyə yüksəlib. Qrupun digər matçında isə Uqanda Zimbabve ilə qollu heç-heçəyə razılaşıb.
B qrupunda Nigeriya yığması Qvineyanı məğlub edərək, 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Afrika Millətlər Kuboku
A qrupu
Uqanda – Zimbabve 1:1
Qol: Okvi, 12 – Billiat, 40.
Misir – Konqo 2:0
Qol: Əl-Məhəmmədi, 25. Salah, 43.
B qrupu
Nigeriya – Qvineya 1:0
Qol: Omeruo, 73.