Dünya futbolu
“Barselona”dan 35 milyonluq transfer – RƏSMİ
İspaniya çempionu “Barselona” heyətini yeni futbo…
İspaniya çempionu “Barselona” heyətini yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Valensiya”dan Netonu transfer edib. 30 yaşlı qapıçı ilə 2022/23 mövsümünün sonuna kimi müqavilə imzalanıb.
“Barselona” braziliyalı futbolçu üçün “Valensiya”ya bonuslarla birlikdə 35 milyon avro ödəyəcək. Netonun sərbəstqalma məbləği isə 200 milyon avro ölaraq müəyyənləşdirib.
Xatırladaq ki, bir neçə gün öncə “Barselona” öz qapıçısı Yasper Silleseni də məhz “Valensiya”ya, elə 35 milyon avroya satdığını açıqlamışdı. Hollandiyalı qapıçı sözügedən klubla 4 illik müqavilə imzalayıb, sərbəstqalma məbləği isə 80 milyon avro müəyyənləşdirilib.