Dünya futbolu
Paşayev üçün 30 dəqiqə
Ukraynanın “Aleksandriya” klubu Hollandiyadakı təlim-m?…
Ukraynanın “Aleksandriya” klubu Hollandiyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi sözügedən kollektiv Almaniyanın “Yurdingen 05” komandası ilə qarşılaşıb. Oyun Almaniyanın 3-cü Bundesliqa təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Paşayev də bu görüşün iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana daxil olub.
Paşayevin komandası sabah ikinci yoxlama oyununda Belçikanın “Anderlext” klubu ilə qarşılaşacaq.