Dünya futbolu
Nazarovdan məhsuldar ötürmə
Almaniyanın “Ersgebirge” klubu yoxlama oyunu keçir…
Almaniyanın “Ersgebirge” klubu yoxlama oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi 2-ci Bundesliqa təmsilçisi toplanış çərçivəsindəki ilk sınağında Leyptsiq "Lokomotiv"i ilə qarşılaşıb.
Görüş "Erzgebirge"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Dmitri də bu görüşün iştirakçısı olub. İkinci hissədə meydana daxil olan Nazarov 50-ci dəqiqədə komandasının vurduğu 3-cü qolda məhsuldar ötürmə edib.