Dünya futbolu
Əlcəzair Seneqal üzərində qələbə ilə 1/8 finalda!
Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-…
Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ötən gecə daha üç oyun baş tutub.
B qrupunda Madaqaskar Burundini minimal hesabla üstələyib.
C qrupunda Seneqalla üz-üzə gələn Əlcəzair də minimal hesabla qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib. Keniya isə Tanzaniya üzərində qələbəyə sevinib.
Afrika Millətlər Kuboku
B qrupu
Madaqaskar – Burundi 1:0
Qol: İlaymaharitra, 76.
C qrupu
Seneqal – Əlcəzair 0:1
Qol: Belaili, 49.
Keniya – Tanzaniya 3:2
Qol: Olunqa, 39; 80. Omolo, 62 – Msuva, 6. Samata, 40.