Dünya futbolu
PSV tarixinin ən bahalı transferinə imza atdı
Hollandiyanın PSV klubu heyətini yeni futbolçu ilə gücl…
Hollandiyanın PSV klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən klub Almaniya Bundesliqasında mübarizə aparan “Leyptsiq”in portuqaliyalı vingeri Armindo Brumanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Eyndhoven təmsilçisi Portuqaliya millisinin üzvü üçün 15 milyon avrosundan keçib. Bununla da o, PSV tarixinin ən bahalı transferinə çevrilib. Daha əvvəlki rekord Matey Kejmana məxsus idi.
“Sportinq”in yetirməsi olan Bruma, 2013-cü ildə “Qalatasaray”a 10 milyona avroya transfer olunmuşdu. Türkiyə klubu isə onu 2017-ci ildə 12,5 milyon avroya “Leyptsiq”ə satmışdı.