Dünya futbolu
PSJ-dən 715 milyonluq müqavilə
Fransanın PSJ klubu yeni sponsorluq müqaviləsi imzalayıb.
F…
Fransanın PSJ klubu yeni sponsorluq müqaviləsi imzalayıb.
Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisi “Nike” şirkəti ilə müddəti 2032-ci ilə qədər olan yeni sponsorluq sözləşməsinə imza atıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fransa mətbuatının iddiasına görə, PSJ bu razılaşmaya görə bir mövsümdə 55 milyon avro qazanacaq. Bu isə bütövlükdə 715 milyon avroluq qazanc anlamına gəlir.