Ölkə futbolu
Cənubi afrikalı futbolçu rəsmən “Sabah”da
Növbəti mövsümə hazırlığı davam etdirən “S…
Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” daha bir futbolçunun keçidini həll edib.
Futbolinfo.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, cənubi afrikalı futbolçu Hendrik Eksteynlə 2 illik müqavilə bağlanıb.
28 yaşlı yarımmüdafiəçi karyerası ərzində yalnız yetirməsi olduğu “Kayzer Çifs” klubunun şərəfini qoruyub. Eksteyn CAR millisində 2 oyun keçirib.
Xatırladaq ki, cənubi afrikalı futbolçu “Sabah”ın yay transfer pəncərəsində heyətimizə qatdığı 6-cı futbolçudu. Bunadək Cavid Tağıyev, Ruslan Abışov, Kevin Kubemba, Məhəmməd Mirzəbəyov, Bəhlul Mustafazadə və Amadu Diallo ilə müqavilə bağlanmışdı.