Ölkə futbolu
Gerye 100 dəqiqə oynadı, finala çıxa bilmədi
"Qarabağ”ın futbolçusu Donald Geryenin çıx…
"Qarabağ”ın futbolçusu Donald Geryenin çıxış etdiyi Haiti millisi CONCACAF “Gold Cup”da yarımfinal oyununa çıxıb. Komanda Meksika yığması ilə qarşılaşıb.
Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada hesabı açan Meksika yeganə qolla finala yüksəlib. Qələbə topunu 93-cü dəqiqədə penaltidən Raul Ximnes vurub. Start heyətdə meydana daxil olan Gerye 100-cü dəqiqədə Mikael Kantava ilə əvəzlənib.
Qeyd edək ki, Meksika finalda Yamayka – ABŞ cütünün qalibi ilə qarşılaşacaq.