Dünya futbolu
Braziliya Argentinanı finala buraxmadı
Amerika kubokunda ilk finalçı müəyyənləşib. Yarımfin…
Amerika kubokunda ilk finalçı müəyyənləşib. Yarımfinal görüşündə Braziliya Argentina ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Qabriel Jezus 19, Roberto Firmino 71-ci dəqiqədə fərqlənməklə əzəli rəqiblərini yarışdan kənarlaşdırıb. Titenin komandası həlledici matçda Çili – Peru cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Braziliya millisi 1997, 1999,2004 və 2007-ci illərdə Amerika kubokunu qazanıb. Argentina isə 26 ildir bu turnirin qalibi ola bilmir. Braziliyalılar doğma meydanda daha bir titul qazanmaq üçün əla şansa malikdi.